İraqda onlarla İŞİD-çi öldürülüb
Sen 26, 2015 20:14 Asia/Baku
-
İraqda onlarla İŞİD-çi öldürülüb
İraq ordusu və könüllü qüvvələri bu ölkənin hərbi hava qüvvələrinin dəstəyi ilə İŞİD terrorçuları və Bəəs partiyasının qalıqlarından 125 nəfəri öldürüblər.
Səhər Beynəlxalq Televiziyasının nəhreyn.net xəbər portalına istinadla verdiyi məlumata görə, İraqın Hərbi Hava Qüvvələrinin dəstəyi ilə könüllü qüvvələrin iştirak etdiyi əməliyyatda əl-Anbar və Səlahəddin vilayətlərində onlarla İŞİD terorçusu öldürülüb.İraq hərbi qüvvələri terrorçuların Xalidiyyə adasında olmaları ilə bağlı məlumatlara əsasən onların toplaşdığı məkanı hədəfə alıblar və bir qrup terrorçu, o cümlədən iki terror başçısı öldürülüb.
Həmçinin İraq ordusu bir bəyanatda bildirib: Fərat çayı üzərindəki körpüdən keçməyə cəhd göstərən İŞİD terrorçularından bir qrupu İraq ordusu və təhlükəsizlik qüvvələrinin müqaviməti ilə üzləşib. Nəticədə 17 terrorçu öldürülüb və onlara aid 3 avtomobil məhv edilib.
İraq qüvvələri əl-Anbar vilayətinin əl-Yətami və Zubə məntəqəsində İŞİD terrorçularının avtomobilini məhv ediblər. Nəticədə avtomobildə olan terrorçular öldürülüb.