İraqın müxtəlif məntəqələrində onlarla İŞİD terrorçusu öldürülüb
Sen 29, 2015 13:41 Asia/Baku
-
İraqın müxtəlif məntəqələrində onlarla İŞİD terrorçusu öldürülüb
Onlarla İŞİD terrorçusu İraq ordusu və anti-İŞİD koalisiyasının bu ölkənin bir neçə vilayətində keçirdikləri hava hücumlarında öldürülüb.
Əlqudsulərəbi qəzetinin xəbər portalının məlumatına görə, Dəclə əməliyyat komandanlığı bir bəyanatda bildirib ki, İraq ordusu və anti-İŞİD koalisiyasının qüvvələri İraqın Diyalə vilayətinin mərkəzi olan Bəqubə şəhərinin şimal-şərqindəki bir neçə kənddə bu terror qrupunun mövqelərini hədəfə alıblar.Bu məlumata görə, həmin hücumlar nəticəsində otuz üç İŞİD-çi terrorçu, o sıradan İŞİD-in bu məntəqədəki başçılarından olan Hənim Əltunisi öldürülüb və onların bir neçə hərbi avtomobili məhv edilib.
Ələnbar vilayətinin təhlükəsizlik qaynaqları da bildiriblər ki, bu vilayətin mərkəzi olan Ərrəmadi şəhərinin polis qüvvələri bu qrupun Ərrəmadinin şərqindəki komandanı Əbu Üsamə Əlsəfiani daxil olmaqla azı iyirmi İŞİD terrorçusunu məhv ediblər.
Digər tərəfdən, Bağdad əməliyyat komandanlığı bildirib ki, bu şəhərin və onun ətrafındakı məntəqələrin təmizlənməsi əməliyyatının davamında bir qrup İŞİD terrorçusu öldürülüb və onların səkkiz gizli məkanı da aşkarlanaraq, məhv edilibdir.