İŞİD İraqda yenə cinayət törətdi
Okt 02, 2015 10:20 Asia/Baku
-
İŞİD İraqda yenə cinayət törətdi
İŞİD terror qruplaşması İraqda yeni cinayət törədərək 7 kürd peşmərgənin başını kəsib.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının yaydığı video-çarxda bu terror qruplaşmasının ünsürləri İraq Kürdüstanı peşmərgə qüvvələrindən 7 nəfərin başını kəsdikləri müşahidə olunur.İŞİD terrorçuları həmçinin bu video-çarxda İraq Kürdüstanı başçısı Məsud Barzaninin ölümlə hədələyərək bildiriblər ki, Kürdüstanın mərkəzi Ərbil şəhərinə hücum və onu işğal edəcəklər.
İŞİD terrorçuları 7 peşmərgəni bu qüvvələr qarşısındakı son məğlubiyyətlərin əvəzini çıxmaq üçün edam ediblər.
İraq kürd peşmərgə qüvvələri ötən çərşənbə günü Kərkük vilayətinin əl-Həvicə şəhərində əməliyyat keçirərək 13 kəndi İŞİD terror qruplaşmasının işğalından azad ediblər.
Kürd peşmərgə qüvvələri həmçinin əl-Həvicə şəhərindən KƏrkük şəhərinə iraqlı didərginlərin getmələri üçün təhlükəsiz keçidlər yarada biliblər.