Sentyabrda 700-dən çox iraqlı öldürülüb
Okt 05, 2015 17:53 Asia/Baku
-
Sentyabrda 700-dən çox iraqlı öldürülüb
BMT-nin İraqdakı yardım heyəti silahlı toqquşmalarda bu ölkənin 700-dən çox vətəndaşının ölməsindən xəbər verib.
İraqın Brasa xəbər agentliyinin məlumatına görə, BMT-nin İraqdakı yardım heyəti bir bəyanatda bildirib ki, İŞİD terror qrupu və bəəsçilərin hücumlarının davamında sentyabr ayında 745 iraqlı öldürülüb.Bəyanatda deyilir ki, həlak olanların əksər hissəsi İraqın paytaxtı Bağdadda qeydə alınıb. Belə ki, bu şəhərdə 257 nəfər öldürülüb. Həmçinin Səlahəddin vilayətində 87, Niynəva vilayətində 75, Diyalə vilayətində isə 67 nəfər öldürülüb.
Belə bir halda, İraq İnsan Haqları Komissiyasının üzvü Fazil Əlqəravi İŞİD-in və bəəsçilərin hücumları nəticəsində 2013-cü ildən bəri 27 min 165 nəfərin ölməsi və 61 min 519 nəfərin də yaralanmasından xəbər verib.