Okt 06, 2015 11:56 Asia/Baku
  • İŞİD terrorçuları onlarla iraqlını edam etdilər
    İŞİD terrorçuları onlarla iraqlını edam etdilər

İŞİD terror qruplaşması Mosul şəhərində onlarla iraqlını edam edib.

Rəy əl-Yəum informasiya portalının verdiyi məlumata görə, İŞİD terror qruplaşması bazar ertəsi günü 25 iraqlını o cümlədən 7 ordu zabitini Mosulun cənubunda, əl-Qiyarə və əl-Şuri məntəqələrində edam edib.
İŞİD terror qruplşması həmçinin, dünən bir jurnalisti də edam edib. Bu jurnalist 10 ay öncə Mosulda oğurlanmışdı.
Mosul şəhəri 10 iyun 2014-cü il tarixindən İŞİD terror qruplaşmasının nəzarəti altındadır.
İŞİD terrorçuları həmçinin, bazar ertəsi günü əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadidə Bunəmr qəbiləsinin üzvlərindən olan 70 nəfəri qətlə yetiriblər.
Bu arada bazar ertəsi günü Bağdadın müxtəlif məntəqələrində baş vermiş 3 partlayış nəticəsində 40 nəfər həlak olub, 80 nəfər isə yaralanıb.
İŞİD terror qruplaşması Qərb dövlətləri və ABŞ-ın regiondakı müttəfiqləri o cümlədən Ərəbistan və Türkiyənin himayəsi ilə ötən ilin yayından İraqa daxil olaraq, dəhşətli cinayətlər törədib.

Teqlər