Okt 08, 2015 20:22 Asia/Baku
  • Bağdadi İraq və Suriya sərhəd bölgələrinə qaçıb
    Bağdadi İraq və Suriya sərhəd bölgələrinə qaçıb

İŞİD təkfirçi-sionist terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin İraq və Suriya arasındakı sərhəd bölgələrə qaçması ilə əlaqədar ziddiyyətli xəbərlər yayılmaqdadır.

Səhər Beynəlxlaq Televiziyasının əl-İtcah Press internet portalına istinadla verdiyi məlumata görə, İraqın şimal-qərbində Neynəva vilayətində yerli məlumatlı rəsmi ifşa edib ki, İŞİD təkfirçi-sionist terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadi bu qruplaşmanın bir nömrəli başçılarından bir qrupu ilə birlikdə Neynəva vilayətindən İraq və Suriya arasındakı sərhəd bölgələrə gedib.
Bu rəsmi mətbuat konfransında əlavə edib: Dəqiq təhlükəsizlik materiallarına əsasən, İŞİD başçısı İraqın Neynəva vilayəti ilə Suriyanın Riqqə vilayəti arasında imiş və İraq və Suriya sərhədlərində yerləşən əl-Anbar vilayətində Əlbukamal məntəqəsində yerləşən uzaq bir məkana gedib.
İraqlı rəsminin sözlərinə görə, Əbubəkr əl-Bağdadinin bu ərazilərdən keçərək sərhəd bölgəyə getməsi Riqqədə İŞİD bazalarına qarşı icra olunan ağır hərbi hücumlara görə olub.

Teqlər