İŞİD Suriyanın şərqində ağır itgilər verdi
Okt 11, 2015 15:31 Asia/Baku
-
İŞİD Suriyanın şərqində ağır itgilər verdi
Suriyanın təhlükəsizlik mənbələri terrorçu İŞİD qruplaşmasının ölkənin şərqində ağır itgilər verməsindən xəbər veriblər.
Suriyanın əl-Əxbariyə informasiya kanalının verdiyi məlumata görə, bir suriyalı hərbi mənbə bildirib ki, Suriya ordusunun hava qüvvələri şənbə günü gecə saatlarında İŞİD terrorçularının Deyrəl-Zur hava limanı yaxınlığındakı bazasını hədəfə alıb. Bu hücum nəticəsində 120 terrorçunun öldüyü bildirilir.Adının gizli qalmasını istəyən bu mənbə həmçinin deyib: Bu əməliyyat zamanı onlarla terrorçu da yaralanıb. Həmçinin, terrorçulara məxsus bir ədəd tank, bir ədəd zirehli maşın və iri çaplı pulemyotlarla təchiz edilmiş onlarla maşın məhv edilib.
Şənbə günü də Rusiya və Suriya hava qüvvələrinin müştərək hücumları zamanı Həma vilayətində terrorçuların mövqeləri hədəfə alınmış, onlarla terrorçu məhv edilmişdi.