Türk məhkəməsi İŞİD rəhbərini sərbəst buraxdı
Okt 15, 2015 18:09 Asia/Baku
-
Türk məhkəməsi İŞİD rəhbərini sərbəst buraxdı
Anti-terror əməliyyatı zamanı həbs olunan "Əl-Qaidə" terrorçularının "müəllim"i Əbu Hənzələ sərbəst buraxılıb.
Rasthaber"-in verdiyi xəbərə görə, "əl-Qaidə"yə qarşı keçirilən əməliyyatlar çərçivəsində yanvarın 14-ü həbs edilən İŞİD-in Türkiyə nümayəndəsi olduğu bildirilən "Əbu Hənzələ" ləqəbli Xalis Bayancuk 9 oktyabrda azadlığa buraxılıb. Məhkəmə Bayancukun azdlığa buraxılma səbəbi kimi onun əleyhinə olan ittihamların natamam olmasını göstərib. Mərkəzi Van şəhəri olmaqla Adana, Antep, İstanbul, Kilis və Kayseridə həyata keçirilən əməliyyat çərçivəsində həbs olunan 13 nəfərdən biri olan Bayancukun azadlığa buraxılması ilk olaraq İŞİD-ə yaxın saytlarda və sosial media hesablarında yayımlanıb. Sözügedən əməliyyatda Suriyadakı "əl-Qaidə" qüvvələrinə yardımda günahlandırılan Humanitar Yardım Fondunun Kilisdəki anbarına da təşkil edilmiş basqına görə, həmin əməliyyatda iştirak edən polislər, prokuror və bu əmrin altında imzası olan hakimin vəzifə yeri dəyişdirilib. Terrorçu fikirlərini "Tövhid" jurnalı və saytlarda yayımlanan video-çarxlar vasitəsilə çatdıran Bayancuk Suriyada İslami Cəbhə ilə İŞİD terrorçuları arasındakı toqquşmalar zamanı İŞİD tərəfdarı kimi çıxış etmişdi.