Okt 18, 2015 11:33 Asia/Baku
  • Rusiya və Suriyanın terrorçulara qarşı birgə əməliyyatı davam edir
    Rusiya və Suriyanın terrorçulara qarşı birgə əməliyyatı davam edir

Suriya ordusu şənbə günü ölkə səviyyəsində terrorçuların mövqelərinə edilən hücumlarda 300-dən çox terrorçunun məhv edilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Suriya ordusu Rusiya Hava Qüvvələrinin dəstəyi ilə Hələb, Latakiya, Həma, Homs və Qüneytrə ətrafında terrorçulara qarşı başlatdığı geniş əməliyyatlarda 300-dən çox terrorçunu məhv edib. Bu əməliyyatlar zamanı yüzlərlə terrorçu da yaralanıb.

Hərbi mənbələr bildirirlər ki, Suriya ordusu şənbə günü Hələbin şərqində yerləşən Həviyə və Bəqişə adlı iki kəndi azad etməyə nail olub.

Suriya və Rusiya qırıcıları da ölkə səviyyəsində geniş uçuşlar həyata keçirərək, terrorçuların sığınacaqları, silah və hərbi sursat anbarlarını hədəfə alıblar. Bu hücumlarda əsasən İŞİD və Ənnüsrə Cəbhəsinin mövqelərinə ciddi zərbələr endirilib.

Teqlər