Okt 19, 2015 14:04 Asia/Baku
  • İŞİD terrorçularının ağır məğlubiyyəti
    İŞİD terrorçularının ağır məğlubiyyəti

İraq ordusu strateji məntəqələri ələ keçirdiyini və İŞİD terrorçularının bu ölkənin mərkəzi və qərbindəki Səlahəddin və Ələnbar vilayətlərindən geniş surətdə geri oturmalarından xəbər verib.

İraq ordusu bildirib ki, xalq və ordu qüvvələri "Ləbbəyk, Ya Rəsulallah-2" əməliyyatının davamında Səlahəddin vilayətində Bici strateji məntəqəsini, xüsusən bu məntəqənin ən mühüm neftayırma zavodunu tam şəkildə təmizləməklə bu vilayəti tamamilə təmizləmək ərəfəsindədirlər.
İraq ordusunun bəyanatına əsasən, Bicinin və onun ətrafındakı kəndlərin azad edilməsi əməliyyatında xalq qüvvələri, xüsusən Əlcəbur köçəri tayfası təyinedici rol oynayıblar və hazırda İŞİD terrorçularının şimali Neynəva vilayətindəki mövqelərinə doğru irəliləyişə zəmin yaranıb.
Məlumatlara görə, iraqlı qüvvələrin hava qüvvələrinin dəstəyi ilə Səlahəddin vilayətində həyata keçən hücumlarında yüzlərlə terrorçu ünsür ölüb və ya yaralnıbdır.
İraqlı qüvvələrin Səlahəddin vilayətindəki irəliləyişləri ilə bir vaxtda qərb vilayəti olan Ələnbardan daxil olan məlumatlar da vilayətin mərkəzi sayılan Ərrəmadi şəhərinin mühasirəsi və onun ətrafındakı məntəqələrin azad edilməsindən söz açırlar.
İraqda terrorçuluqla mübarizə idarəsinin əməliyyat komandirinin müavini Ədbuləmir Əlxizrəcinin sözlərinə görə, iraqlı qüvvələr bazar günü Ərrəmadinin şimalındakı Əlburişə məntəqəsini azad etməklə İŞİD-ə yardım üzrə bütün xətləri bağlayıblar. O, əlavə edib: Xalq və köçəri tayfa qüvvələrinin dəstəkləri ilə bu terror qrupunun işğalında olan məntəqələrin azad və İŞİD ünsürlərinin məhv edilməsi üçün Ələnbar vilayətindəki əməliyyat davam etməkdədir.

Teqlər