Sionist KİV Əsədin Rusiyaya səfərinə reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198775-sionist_kİv_Əsədin_rusiyaya_səfərinə_reaksiya_verib
Sionist KİV Suriya prezidentinin Rusiyaya səfərinin nəticələrindən nigaranlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 07:04 Asia/Baku
  • Sionist KİV Əsədin Rusiyaya səfərinə reaksiya verib
    Sionist KİV Əsədin Rusiyaya səfərinə reaksiya verib

Sionist KİV Suriya prezidentinin Rusiyaya səfərinin nəticələrindən nigaranlıq edib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, sionist rejim televiziyaları Suriya prezidenti Bəşşar Əsədin Moskvaya səfəri və rusların onu səmimi qarşılaması xəbərini işıqlandıraraq Suriya proseslərinin gələcəyindən nigaranlıq edib və bu ölkədə hazırkı hökumətin iqtidarda qalmasını İsrailin mənafeyinə zidd adlandırıblar.
Sionist rejimin 10-cu telekanalı Bəşşar Əsədin Moskvaya səfərini sürpriz adlandırıb və bildirib ki, bu səfər Amerika üçün böyük bir problemdir.
Sionist rejimin 2-ci telekanalı da bildirib ki, Suriya prezidentinin Moskvaya səfəri ilə hazırda aydınlaşıb ki, Rusiyanın Suriya böhranına birbaşa daxil olmasında məqsəd Moskvanın mənafeyini təmin etmək və Bəşşar Əsədi qorumaqdır.
Suriya prezidenti Bəşşar Əsəd çərşənbə axşamı günü Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşüb və Rusiyanın Suriyadakı hərbi əməliyyatının davam etməsi barədə danışıqlar aparıb.