Okt 25, 2015 13:33 Asia/Baku
  • Terrorçular Suriyanın müxtəlif məntəqələrində böyük tələfat veriblər
    Terrorçular Suriyanın müxtəlif məntəqələrində böyük tələfat veriblər

Suriyanın təhlükəsizlik mənbələri bu ölkənin ordusu və xalq qüvvələrinin terrorçularla döyüşlərdəki uğurlarından xəbər verirlər.

Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, bir suriyalı hərbi mənbə bu ölkənin ordusu və xalq qüvvələrinin terrorçularla döyüşlərinin davam etməsindən xəbər verərək, bildirib ki, Suriyanın ordu qüvvələri Dəməşq ətrafında yerləşən Nula və Məcdəlsultan məntəqələrində irəliləyərək, əksər üzvü iordaniyalı olan Ceyşulislam və Cibhətunnusrə terror qruplarının iyirmi üzvünü öldürüblər.
Adının gizli qalmasını istəyən bu mənbə əlavə edib ki, Suriya ordusunun qırıcıları terrorçuların Dəməşq ətrafında yerləşən Hərəsta və Duma məntəqələrindəki mövqelərini hədəfə alıblar və bu hücumda əllidən çox terrorçu ölüb və yaralanıb.
Suriya ordusunun qırıcıları həmçinin Ceyşulfəth terror qrupunun Suriyanın şimal-qərbindəki İdlib vilayətinin cənubundakı mövqelərini bombalayıblar və bu əməliyyatda terrorçuların bir neçə hərbi avtomobili məhv edilib.
Suriyanın ordusu və xalq qüvvələrinin bölmələri də bu ölkənin şimalındakı Hələb şəhəri ətrafında terrorçularla döyüşlərin davamında şərqdə yerləşən Əlcəbul kəndini tam şəkildə onlardan təmizləyə biliblər.
Həmçinin Suriya ordusunun digər bölmələri bu ölkənin cənub-qərbində yerləşən Qunəytrə şəhərinin ətrafındakı Zəhrəlkəssar məntəqəsini Cibhətunnusrə terrorçularının bir neçə mövqeyini məhv etdikdən sonra ələ keçiriblər.

Teqlər