Ərdoğan: Türkiyənin 1990-cı ilə qayıtmasına icazə verməyəcəm
Okt 28, 2015 13:17 Asia/Baku
-
Ərdoğan: Türkiyənin 1990-cı ilə qayıtmasına icazə verməyəcəm
Türkiyə prezidenti ötən əsrin 90-cı illərindəki terror aktlarının təkrarlanmasına icazə verməyəcəyini bildirib.
Türkiyədə çıxan Milliyyət qəzetinin yazdığına görə, Rəcəb Təyyib Ərdoğan dünən deyib: bəziləri Türkiyədə terrorizmi təhrik etməyə çalışırlar. Amma, Türkiyənin 1990-cı illərdəki nəhs günlərə geri dönməsinə icazə verməyəcəyik.Ərdoğan əlavə edib: Terrorizm ilə mübarizə qanun çərçivəsində davam etdiriləcək.
Türkiyə prezidenti, bu nigaranlığına rəğmən, Ərəbistan və Qətər ilə birlikdə Suriyada terrorçu qruplaşmaları himayə edir. Və elə bu ikili siyasət nəticəsində dəfələrlə müxalifətdə yer alan siyasi partiyalar tərəfindən tənqidlərə məruz qalıb.