İŞİD-in Türkiyənin terror hücumlarında müdaxiləsi təsdiq edilib
Okt 28, 2015 17:22 Asia/Baku
-
İŞİD-in Türkiyənin terror hücumlarında müdaxiləsi təsdiq edilib
Türkiyə prokurorluğu terrorçu İŞİD qrupunun Ankaradakı son terror hücumlarındakı müdaxiləsini təsdiq edib.
World Bulleten xəbər portalının məlumatına görə, Türkiyə prokurorluğu çərşənbə günü bir bəyanatda bildirib ki, cari ayın əvvəllərində Ankarada bomba qoyuluşu terrorçu İŞİD qrupu başçılarının göstərişi ilə və bu qrupun tabeliyində olan amillər tərəfindən həyata keçirilib.Bəyanata əsasən, əldə olunan informasiyalar göstərir ki, cari ayda Ankaradakı terror hücumları Türkiyənin cənub-şərqindəki Qaziantep vilayətində yerləşən bir terror qrupunun üzvləri tərəfindən və İŞİD başçılarının birbaşa göstərişi ilə həyata keçirilib.
Oktyabrın onunda Ankara şəhərindəki iki partlayış nəticəsində azı 102 nəfər ölüb, bir qrup şəxs də yaralanıbdır.
Türkiyənin təhlükəsizlik qüvvələri indiyədək İŞİD ilə bağlı bir neçə ünsürü bu partlayışlarla bağlı həbs ediblər.