Noy 02, 2015 09:52 Asia/Baku
  • Türkiyə polisi və kürd etirazçılar arasında gərginlik
    Türkiyə polisi və kürd etirazçılar arasında gərginlik

Türkiyədə parlament seçkilərinin nəticəsinin elan edilməsinin ardınca Dyarbəkrdə kürdlər küçələrə axışaraq, etiraz aksiyası keçiriblər.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə polisi Xalqların Demokratik Partiyasının ofisi önündə bir araya gələn aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün güc tətbiq etməli olub.
Bazar günü Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri Xalqların Demokratik Partiyasının səslərin 10%-ni əldə etməsindən xəbər verir ki, bu da parlamentə daxil olmaq üçün təyin olunmuş limitin aşılması anlamındadır.
Bu məlumata görə, təhlükəsizlik qüvvələri ilə kürd aksiya iştirakçıları arasında çıxan toqquşmada atəş səsi də eşidilib.
Türkiyə xalqı bazar günü növbədənkənar parlament seçkilərində iştirak edib.
Seçkilərin nəticəsi hakim Ədalət və İnkişaf Partiyasının qələbə çalmasından xəbər verir.

Teqlər