Suriyadakı terror qruplaşmalarından Ərdoğana təbrik məktubu
Noy 02, 2015 18:49 Asia/Baku
-
Suriyadakı terror qruplaşmalarından Ərdoğana təbrik məktubu
FaktXeber.com-un “Əl-Qudsul-Ərəbi” qəzetinə istinadən verdiyi məlumata görə, Suriyada fəaliyyət göstərən 12 terror qruplaşması AK Partiyanın Türkiyədə parlament seçkilərində qələbəsi münasibəti ilə prezident Ərdoğana təbrik məktubu göndəriblər.
Təbrik məktubu göndərənlər arasında tanınmış terror qruplaşmaları, xüsusilə barəsində bu gün mediada insanları sipər qəsdilə qəfəsə salan Ceyşul-İslam-ın və Əhrar Əş-Şam-ın da adları görünür. “Azad Suriya Ordusu” adlı terror qruplaşması isə ayrıca Ərdoğanı təbrik edib.