Noy 05, 2015 10:55 Asia/Baku
  • Ordu və xalqın ahəngdarlığı Suriyanın vəhdətinə zəmanət verir
    Ordu və xalqın ahəngdarlığı Suriyanın vəhdətinə zəmanət verir

Suriyanın informasiya naziri deyib: Ordu və xalq Suriyanın vəhdəti, hakimiyyəti və müstəqilliyini qoruyur və ona zəmanət verir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriyanın informasiya naziri İmran əl-Zəəbi bu ölkə telekanalına verdiyi müsahibədə deyib: Ordu bütün suriyalıları və Suriya ərazisini düşmənlərin təcavüzü qarşısında müdafiə edir.
İmran əl-Zəəbi İŞİD əleyhinə beynəlxalq koalisiyanın bu qruplaşma ilə mübarizədə ciddi olmadığını deyərək əlavə edib: Amerikanın bölgəyə 50 hərbi məsləhətçi ezam etməkdə məqsədi budur ki, Vaşinqton Rusiyanın iştirakını nəzərə alaraq ABŞ-ın da bölgədə iştirak etdiyini desin. Lakin Vaşinqtonun bu qərarı heç nəyi dəyişdirmir. Çünki onun başçılıq etdiyi koalisiya İŞİD terror qruplaşması ilə qarşılaşmada ciddilik və məsuliyyətlə addım atmır.
Suriyanın informasiya naziri İran, Rusiya, Livan Hizbullahı və İraqı terrorizmlə həqiqi qarşılaşmada bir cəbhədə adlandırıb və xatırladıb: Onların məqsədi beynəlxalq qanunları icra etmək, regionda stabilliyi bərqərar etmək və ölkələrin milli hakimiyyətini qorumaqdır. Suriya hökuməti bu ölkələrin səhlərini alqışlayır.
İmran əl-Zəəbi Suriya böhranının həlli üzrə Vyana iclası barədə də deyib: Vyana iclası Suriya böhranının həlli üçün siyasi səhlər çərçivəsində önəmli bir nöqtədir. Bu iclas müharibənin dayandırılması, Suriyada xarici müdaxiləyə son qoyulması və terrorçuların Suriyaya axışmasının qarşısının alınması ilə nəticələnməlidir.

Teqlər