Rusiya Suriyada raket əleyhinə müdafiə sistemi yerləşdirir
Noy 05, 2015 08:20 Asia/Baku
-
Rusiya Suriyada raket əleyhinə müdafiə sistemi yerləşdirir
Rusiya hökuməti bu ölkənin Suriyda Raket Əleyhinə Müdafiə sistemi yerləşdirməsindən xəbər verib.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istiandla verdiyi məlumata görə, Rusiya Hərbi Hava Qüvvələri komandanı Viktor Bondarev bildirib: Bu ölkə Suriyadakı öz hərbi qüvvələri və təchizatını mühafizə etmək məqsədilə Raket Əleyhinə Müdafiə sistemi yerləşdirib.Bondarev Suriyada Rusiya qüvvələri və hərbi təchizatına qarşı mövcud təhdidlərə toxunaraq deyib: Rusiyanın qırıcı təyyarələri Suriyanın qonşu ölkələrində oğurlana bilərlər və onlardan Rusiya qüvvələrinə hücum üçün istifadə oluna bilər.
Rusiya Hərbi Hava Qüvvələri komandanı bildirib: Elə bu məqsədlə Rusiya Suriyada öz raket sistemlərini yerləşdirmək niyyətindədir.
Rusiya 2015-ci il 30 sentyabrdan Suriya hökumətinin müraciətinə əsasən İŞİD təkfirçi terror qruplaşmasının mövqelərinə qarşı hava hücumlarına başlayıb.
Teqlər