Noy 06, 2015 10:17 Asia/Baku
  • İŞİD-in Mariyaya hücumda xardal qazından istifadə etməsi təsdiqlənib
    İŞİD-in Mariyaya hücumda xardal qazından istifadə etməsi təsdiqlənib

Kimyəvi Silahların Qadağası Təşkilatı bildirib: Bu təşkilatın kimyəvi silahlar üzrə mütəxəssislərinin araşdırmalarının nəticəsi İŞİD qruplaşmasının Suriyada ötən avqust ayındakı müharibədə xardal qazından istifadə etdiyini təsdiqləyir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Röytersin yayımladığı Kimyəvi Silahların Qadağası Təşkilatının 29 oktyabr gizli hesabatına əsasən, Hələbin şimalında yerləşən Mariya şəhərində 21 avqustda ən azı 2 nəfər xardal qazı hücumuna məruz qalıb.
Bu məlumat bildirilir: Çox ehtimalla xardal qazının yaratdığı fəsadlar bir suriyalı uşağın ölümü ilə nəticələnib.
Kimyəvi Silahların Qadağası Təşkilatının hesabatı Suriyada kimyəvi maddələr ehtiyatının məhv edilməsi üzrə anlaşmadan sonra bu ölkədə xardal qazıdan istifadənin olunmasına dair ilk rəsmi təsdiqdir.
Kimyəvi Silahların Qadağası Təşkilatının hesabatı noyabr ayının sonlarında rəsmi şəkildə BMT baş katibi Ban Ki Muna təqdim olunacaq və bu təşkilatın İŞİD terror qruplaşmasının İraq və Suriyada kimyəvi maddələri əldə etməsi və ondan istifadə etməsi barəsində faktlarını artıracaq.
İraqın Kürdüstan məntəqəsi rəsmiləri ötən ay bildirmişdilər ki, İŞİD avqust ayında xardal qazı tərkibli minaları kürd peşmərgə qüvvələrinə doğru atıb.

Teqlər