Rusiyanın Suriyada hərbi əməliyyat xərci elan olunub
Noy 06, 2015 10:16 Asia/Baku
-
Rusiyanın Suriyada hərbi əməliyyat xərci elan olunub
Rusiyanın Suriyada hərbi əməliyyat üçün xərclədiyi vəsait elan olunub.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, 30 sentyabrdan Suriya hökumətinin müraciəti və Dövlət Dumasının icazəsi əsasında İŞİD terror qruplaşmalarının mövqelərini bombalamağa başlayan və indiyə qədər 2200-dən çox mövqeni məhv edən Rusiya son hərbi hesablamalara görə, gündəlik təxminən 2,5 milyon dollar bu əməliyyatlara xərcləyir.Rusiyanın Suriyadakı əməliyyat xərci barədə Rusiyanın RBK xəbər agentliyinin araşdırmasının nəticələri İngiltərənin İHS Jons hərbi və təhlükəsizlik məlumatlarının təhlili üzrə müəssisənin öncəki məlumatlarını təsdiqləyir. Belə ki, həmin məlumatlarda bu vəsait 2,5-4 milyon dollar elan olunmuşdu.
Hərbi standartlara əsasən Rusiya müəssisəsinin araşdırmasında, hərbi və dəstək xərcləri, nəqliyyat, hərbi əməliyyat, hərbçilərin maaşı, silahl-sursatların saxlanması və istifadəsi xidmətləri, ərzaq təminatı, həmçinin yanacaq və sursatlar nəzərdə tutulub.
Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı əməliyyatının əsas xərci 50 ədəd Su qırıcı təyyarəsi, idarə olunan bombalardan istifadə, həmçinin Fab 500 bombasından istifadə və Rusiya hərbi bazalarından silah-sursatın nəqlinə şamil olur.
Teqlər