Türkiyə də Şərm əl-Şeyxə uçuşları dayandırdı
Noy 07, 2015 10:10 Asia/Baku
Rusiya, İngiltərə və Fransanın ardınca Türk Hava Yolları şirkəti də Misirə uçuşlarını dayandırdı.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Türk Hava Yolları şirkəti də Rusiya, İngiltərə və Fransanın ardınca ötən gün Misir-Türkiyə istiqamətində uçuşlarını dayandırıb.Rusiya prezidenti Vladimir Putin bu ölkənin təhlükəsizlik xidmətinin terror hücumlarının təkrarlanması ehtimalı ilə bağlı tövsiyəsinin ardınca, Misirə olan bütün uçuşların durdurulması haqda göstəriş verib.
Rusiyanın bir ədəd Airbus-321 tipli sərnişin təyyarəsi ötən şənbə günü Misirin Şərm əl-Şeyx hava limanından havaya qalxmasından bir neçə dəqiqə sonra naməlum səbəblər üzündən süqut edib.
Təyyarənin hər hansı bir təhlükəli vəziyyət elan edilmədən lokatorların səifəsindən yoxa çıxması, təyyarənin havada parçalanmasına dəlalət edən faktların olması və təyyarənin qalıqlarının sürətlə yerə düşməsi uçuş zamanı partlayışın baş verməsi ehtimalını gücləndirmiş olub.
İngiltərə mediaları isə bildirirlər ki, bu ölkənin xüsusi xidmət orqanı ABŞ-ın xüsusi xidmət orqanı kimi İŞİD ünsürlərinin bu hadisədən öncəki danışıqlarını dinləmə yolu ilə terrorçuların özlərini böyük bir əməliyyata hazırladıqları nəticəsinə gəlibmiş.
ABŞ-ın bir təhlükəsizlik rəsmisi də bildirib ki, bu ölkənin peykləri təyyarənin süqut etməsi ilə bir vaxtda partlayışın baş verdiyini qeydə alıblar.