Ərrəmadi sakinləri, İŞİD-in çirkin siyasətlərinin qurbanı
Noy 08, 2015 09:45 Asia/Baku
-
Ərrəmadi sakinləri, İŞİD-in çirkin siyasətlərinin qurbanı
Təkfirçi-bəəsçi İŞİD qrupu İraqın qərbindəki Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərinin sakinlərindən insan sipəri kimi istifadə etməyə çalışır.
Əlməyadin telekanalının məlumatına görə, iraqlı qüvvələrin İŞİD-in Ərrəmadidəki mövqelərinə qarşı irəliləyişlərinin ardınca bu qrup şəhər sakinlərindən insan sipəri kimi istifadə edərək, iraqlı qüvvələrn irəliləyişinə mane olmağa çalışır.Bu məlumata görə, iraqlı qüvvələr bu əməliyyatda İŞİD tərəfindən mühasirə olunmuş Ərrəmadi sakinlərnin həyatlarının qorunması mövzusu ilə üzləşirlər. Onlar çalışırlar ki, adi əhalinin Ərrəmadidən çıxması üçün bir yol tapsın və onları müvəqqəti məkanlarda məskunlaşdırsınlar. Bu qüvvələr həmçinin dəqiq addımlarla çalışırlar ki, Ərrəmadinin infrastrukturlarına dəymiş xəsarətlərin miqdarını azaltsınlar, zira İraq parlamentinin üzvləri məhz bu məsələyə təkid edirlər.
Hazırda iraqlı qüvvələr Ələnbarın mərkəzində İŞİD terrorçularını mühasirə ediblər və statistikalar göstərir ki, bu məntəqədə təqribən iki min İŞİD-çi iştirak edir.
İraqlı komandanların dediklərinə görə, İŞİD əhalidən insan sipəri kimi istifadə etməklə çalışır ki, iraqlı qüvvələrin irəliləyişinin qarşısını alsın və əgər buna nail olmazsa, böyük cinayət törədərək, iraqlı qüvvələrin qələbəsinə xələl gətirsin.