Demirtaş: Türkiyəni fərdi hökumətə təslim etməyəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199381-demirtaş_türkiyəni_fərdi_hökumətə_təslim_etməyəcəyik
Türkiyədə Xalqların Demokratik Partiyasının sədri deyib ki, Türkiyəni fərdi hökumətə təslim etməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2015 10:45 Asia/Baku
  • Demirtaş: Türkiyəni fərdi hökumətə təslim etməyəcəyik

Türkiyədə Xalqların Demokratik Partiyasının sədri deyib ki, Türkiyəni fərdi hökumətə təslim etməyəcək.

Türkiyədə çıxan Tərəf qəzetinin internet portalının məlumatına görə, Xalqların Demokratik Partiyasının sədri Səlahəddin Demirtaş şənbə günü öz partiyasının vilayət təşkilatı sədrlərinin yığıncağında vurğulayıb ki, Türkiyə demokratik "əsas qanun"a ehtiyaclıdır. O, əlavə edib: Ədalət və İnkişaf Partiyasının təklif etdiyi məsələ, prezident quruluşu deyil, fərdi bir sistemdir.
O, vurğulayıb: Belə bir sistem diktatorluq quruluşu olacaqdır ki, "prezident sistemi" çətiri altında diktatorluğu gizlətmək və aldatmaq ardıncadır.
Demirtaş deyib ki, heç vaxt diktatorluq sisteminin yerləşməsində iştirak və Türkiyəni öz əli ilə fərdi hökumətə təslim etməyəcək.
O, həmçinin vurğulayıb ki, yeni əsas qanun Türkiyədə kürdlər məsələsinin həlli üçün böyük fürsət yarada bilər.