İraqda onlarla İŞİD terrorçusu öldürülüb
Noy 10, 2015 14:53 Asia/Baku
-
İraqda onlarla İŞİD terrorçusu öldürülüb
Onlarla İŞİD terrorçusu iraqlı qüvvələr tərəfindən öldürülüb.
Kull Əl-İraq xəbər agentliyinin məlumatına görə, İraqın "Əlcəzirə" təhlükəsizlk əməliyyatı komandanlığı bildirib ki, İraq ordusunun qüvvələri bu ölkənin qərbindəki Ələnbar vilayətində olan irəliləyişlərinin davamında bu vilayətin qərbindəki Hədisə şəhərində 65 İŞİD terrorçusunu öldürə biliblər.İraqın "Əlcəzirə" təhlükəsizlk əməliyyatı komandanlığının bəynatına əsasən, iraqlı qüvvələr 65 terrorçunu öldürməkdən əlavə, bomba qoyulmuş beş avtomobili zərərsizləşdirə və Hədisənin şərqindəki dörd evdə yerləşdirilmiş minaları təmizləyə biliblər.
Digər tərəfdən, Samirra, Dəclə və Bağdad Birgə Təhlükəsizlik Əməliyyatı Komandanlığı da br neçə İŞİD-çinin öldürülməsi və onların bazaları və gizləndikləri məkanlarının məhv edilməsindən xəbər veribdir.
Bu komandanlıq bir bəyanatda bildirib ki, Samirra əməliyyat qüvvələri Əlcəzirə məntəqəsində İŞİD-in hərbi başçısını və onun iki müavinini öldürməyə və onların bazaları və gizləndikləri məkanları çoxlu sayda silah və sursatla bərabər məhv etməyə müvəffəq olublar.
Həmərəyn və Səb Əlbur dağlıq məntəqələrində təhlükəsizlik əməliyyatlarının icrası iki şübhəli terrorçunun həbs olunması və çoxlu sayda silah və sursatın məhv edilməsi ilə nəticələnib.