Suriyanın Hələb şəhərindəki hərbi hava limanının mühasirəsi sınıb
Noy 11, 2015 09:59 Asia/Baku
-
Suriyanın Hələb şəhərindəki hərbi hava limanının mühasirəsi sınıb
Suriya ordusu Hələbin şərqindəki Kupres hərbi hava limanının mühasirəsini sındırıb.
IRNA-nın məlumatına görə, Suriya ordusu İŞİD-in silahlı ünsürlərinin yüzlərlə hücumunun qarşısını alma və təkfirçi terrorçularla üç il döyüşdən sonra çərşənbə axşamı günü Hələbin şərqindəki Kupres hərbi hava limanının mühasirəsini sındıra bilibdir.Kupres hərbi hava limanının mühasirəsinin sındırılması geniş hava əməliyyatının himayəsi altında və Suriya ordusunun İŞİD-in silahlı ünsürləri ilə şiddətli döyüşləri arasında baş veribdir ki, onda müxtəlif yüngül və ağır silahlardan istifadə olunubdur.
Bu əməliyyatda çoxlu sayda təkfirçi terrorçu öldürülüb və ya yaralanıbdır. Digər bir dəstə də Kupres hərbi hava limanının ətrafındakı kəndlərə qaçıbdır.
Suriya ordusunun qüvvələri üç mühüm kəndə yiyələnə və eni 3-5 və uzunluğu 23 kilometr olan bir ərazini azad edə biliblər.