Ərdoğan islam ölkələrinin İŞİD əleyhinə vahid cəbhə yaratmasını istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199786-Ərdoğan_islam_ölkələrinin_İŞİd_əleyhinə_vahid_cəbhə_yaratmasını_istədi
Türkiyə prezidenti islam ölkələrini İŞİD terror qruplaşmasına qarşı vahid cəbhəni təşkil etməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2015 14:42 Asia/Baku
  • Ərdoğan islam ölkələrinin İŞİD əleyhinə vahid cəbhə yaratmasını istədi
    Ərdoğan islam ölkələrinin İŞİD əleyhinə vahid cəbhə yaratmasını istədi

Türkiyə prezidenti islam ölkələrini İŞİD terror qruplaşmasına qarşı vahid cəbhəni təşkil etməyə çağırıb.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib: İŞİD əleyhinə vahid cəbhə təşkil olunmadığı halda, ifratçılar Paris aktları kimi cinayətləri törədəcəklər.
Türkiyə hökuməti müttəfiqlərinin təzyiqi altında idi və təkfiçi qruplaşmaların bu ölkə ərazisində bir sıra hücumlar etmələrindən sonra ötən yayda keçmiş siyasətlərini dəyişdi və Suriya və İraqda İŞİD qruplaşmasının mövqelərini bombalayan beynəlxalq koalisiyaya qoşuldu.
Oktyabr ayında 132 nəfərin ölməsi ilə nəticələnən Ankara partlayışlarından sonra Türkiyə dövlət qüvvələri ifratçıların məkanlarına hücumlarını artırıblar.