Noy 20, 2015 14:39 Asia/Baku
  • Ali Xəlifə sifarişli məhkəmə qərarları ilə bağlı tənqidlərə etina etmir
    Ali Xəlifə sifarişli məhkəmə qərarları ilə bağlı tənqidlərə etina etmir

Bəhreyn məhkəmələrinin sifariş əsasında siyasi və qərəzli qərarlar çıxartması əleyhinə yerli və xarici tənqidlərin artmasına rəğmən, hakim Ali Xəlifə rejimi bu tənqidləri qulaqardı edir.

Bəhreynin Apelyasiya Məhkəməsi bazar ertəsi günü ölkənin şərqində, Deyr məntəqəsində bir polis əməkdaşını qətlə yetirməkdə ittiham edilən Məhəmməd Ramazan və Hüseyn Əli Musa barəsində ilk instansiya məhkəməsi tərəfindən çıxarılan edam hökmünü qüvvədə saxlayıb. Bu məhkəmə qərarının icrası, onun son olaraq ölkə kralı tərəfindən təsdiq edilməsindən asılıdır.
Bu məhkəmə qərarı yerli və xarici reaksiyalara səbəb olub.
BMT-nin 5 insan haqları eksperti və BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi də bu iki bəhreynli siyasi məhbusdan etirafın işgəncə altında alındığını etiraf ediblər.
Bəhreyn xalqı da son günlər ölkə səviyyəsində aksiyalar təşkil edərək, Məhəmməd Ramazan və Hüseyn Əli Musa barəsində çıxardılan məhkəmə qərarına etiraz ediblər.

Teqlər