Noy 22, 2015 14:41 Asia/Baku
  • İŞİD Türkiyəni hədələyib
    İŞİD Türkiyəni hədələyib

Terroçu İŞİD qrupu Türkiyə prezidentini hədələyib.

Frans-Press-in məlumatına görə, Türkiyədə çıxan Milliyyət qəzeti yazıb ki, terroçu İŞİD qrupu bu ölkə prezidenti Rəcəb Tayyıb Ərdoğanı hədələyibdir.
Bu məlumata görə, İŞİD həmçinin bir təhdidedici videoçarxda Türkiyə Respublikasının əsasını qoymuş Mustafa Kamal paşanı, eləcə də bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanı, həmçinin Ədalət və İnkişaf Partiyasını təhqir edibdir.
Türkiyənin İŞİD tərəfindən hədələnməsi həmin ölkədə anti-terror əməliyyatının genişlənməsindən sonra baş veribdir.
Türkiyə hökuməti öz müttəfiqlərinin təzyiqləri altında və təkfirçi qruplara aid edilən bu ölkə ərazisindəki hücumlar məcmusundan sonra öz siyasətini dəyişdirdi və Suriya və İraqda İŞİD-i bombalayan beynəlxalq koalisiyaya qatıldı.
Oktyabrın onunda 132 nəfərin ölümü ilə nəticələnmiş Ankara hücumlarından sonra Türkiyənin dövlət qüvvələri İŞİD-ə və ifratçı dairələrə qarşı hücumlarını artırıblar.

Teqlər