Noy 24, 2015 09:47 Asia/Baku
  • Suriyanın şimalına qarşı terror hücumu
    Suriyanın şimalına qarşı terror hücumu

Suriyada təkfirçi terrorçular bu ölkənin şimalındakı Hələb vilayətində yerləşən şiə sakinli Nəbəl və Əl-Zəhra şəhərlərini mərmi hədəfinə alıblar.

Livanın Əlməyadin süni peyk media şəbəkəsinin məlumatına görə, Hələb vilayətində yerləşən şiə sakinli Nəbəl və Əl-Zəhra şəhərləri bazar ertəsi günü gecə təkfirçi terrorçuların mərmi hücumlarına məruz qalıblar ki, nəticədə bu şəhərlərin sakinlərindən bir qrupu yaralanıb və xəstəxanaya köçürülübdür.
Digər tərəfdən, Suriya ordusu Hums və Dəra vilayətlərinin müxtəlif nöqtələrində təkfirçilərin mövqelərini hədəfə alıblar.
Həmçinin Dəra vilayətinin əhalisi Suriyanın qərbində yerləşən Tərtus vilayətində mərasim keçirərək, 200 şəhid ailəsinə minnətdarlıq ifadə edibdir.
Belə bir halda, Suriya ordusunun artilleriyası təkfirçilərin İdlib və Laziqiyyə vialyətlərinin ətrafındakı mövqelərini atəşə tutubdur.
Suriya ordusunun müxtəlif məntəqələrdə, xüsusən Hələb və Laziqiyyə vilayətlərindəki irəliləyişləri ilə bir zamanda Rsuiya qırıcılarının İŞİD daxil olmaqla təkfirçilərin mövqelərinə qarşı hava hücumları davam edir.

Teqlər