Noy 28, 2015 09:55 Asia/Baku
  • Suriya ordusunun əməliyyatları davam edir
    Suriya ordusunun əməliyyatları davam edir

Suriya ordusu bu ölkənin qərbindəki Laziqiyyə məntəqəsinin yüksəkliklərinin geniş bir hissəsini öz nəzarətinə alıbdır.

Livanın Əlməyadin telekanalının məlumatına görə, Suriyanın ordu və milli müdafiə qüvvələri Laziqiyyənin şimal ətrafındakı Kətfəlqədr və Kətfəlqənmə təpələrini terrorçulardan geri alıblar. Bu yüksəkliklərin Laziqiyyənin ətrafındakı onlarla kilometr əraziyə əhatəliliyi var.
Suriya ordusu terrorçu İŞİD qrupunun Suriyanın şərqindəki Diyəlzur şəhəri və bu şəhərin hərbi hava limanına hücumu ilə də mübarizə aparıbdır. Bu döyüşdə terrorçu İŞİD qrupunun ünsürlərindən bir qrupu öldrülübdür.
Həmçinin Suriyanın hava qüvvələri bu ölkənin Hələb şəhərinin şimal ətrafındakı Əndan kəndinin şimalında terrorçu İŞİD qrupunun qərargahlarından birini hədəfə alıblar. Bu hücum bir qrup terrorçunun öldürülməsi ilə nəticələnib.

Teqlər