Ərəbistanlı ruhaninin edam hökmünün cari həftədə icrası ehtimalı var
Noy 29, 2015 17:38 Asia/Baku
Bir ərəbistanlı mənbə bu ölkənin mübariz ruhanisinin edam hökmünün cari həftədə icrası ehtimalından xəbər verib.
İraqın Əlməsələ xəbər kanalının məlumatına görə, Ərəbistanın təhlükəsizlik orqanlarına yaxın olan bu ölkənin keçmiş təhlükəsizlik rəsmilərindən biri- Xalid Əlhəqbani Twitter sosial şəbəkəsində yazıb ki, ərəbistanlı mübariz və şiə ruhani Şeyx Nimr Baqir Əlnimrin edam hökmü bu həftə icra olunacaq.Şeyx Nimr Baqir Əlnimr 2011-ci ilin fevralında Ərəbistanın şərqindəki şiə sakinli Qətif məntəqəsində baş vermiş geniş etirazların ardınca 2012-ci ilin iyulunda həbs olunubdur.
2011-ci ildə Ərəbistanda siyasi islahatların icrası, həmçinin hüquqi tələblər və xalq hərəkətlərinin başlanmasından bəri bu ölkənin şərqindəki şiə sakinli məntəqələrdəki hadisələr, xüsusən Şeyx Nimr Baqir Əlnimrin həbsi və onun barəsində edam hökmünün çıxarılmasından sonra səudiyyə başçıları üçün ən böyük daxili problemə çevrilibdir.