Suriya ordusunun əməliyyatında onlarla terroçu öldürülüb
Noy 29, 2015 20:59 Asia/Baku
-
Suriya ordusunun əməliyyatında onlarla terroçu öldürülüb
Suriya ordusunun qüvvələri xalq qüvvələrinin həmkarlığı ilə Həmah ətrafındakı Əlsərmaniyyə məntəqəsi ətrafında yerləşən 1112 məntəqəsini tam şəkildə nəzarətə alıblar ki, bu əməliyyatda terror qruplarından, o cümlədən Cibhətunnusrə-dən bir qrupu öldürülüb və onların təchizatları məhv edilibdir.
Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, həmçinin Suriya ordusunun hava qüvvələri İŞİD-in Hələb şəhərinin şərq ətrafındakı məntəqələrdə yerləşən mövqe və bazalarına ağır xəsarət vurublar.Suriya ordusunun qüvvələri Hələbin cənubundakı müxtəlif məntəqələrdə İŞİD-in mövqe və bazalarını atəşə tutublar ki, nəticədə on bir terrorçu məhv olub.
Bu hücumlarla paralel surətdə İŞİD-in Hums şəhəri ətrafındakı mərkəz və bazaları da hədəfə alınıb və bu terror qrupunun çoxlu sayda üzvü məhv edilibdir.
Həmçinin İdlibdə ordu qüvvələri geniş əməliyyat keçirərək, Təmaniə kəndində çoxlu sayda terrorçunu öldürüblər. Bundan əlavə, Suriya ordusu və müqavimət qüvvələri Suriyanın qərbindəki Laziqiyyə şəhərinin şimalında yerləşən Əlnubə dağlıq məntəqələrini ələ keçirməyə müvəffəq olublar.