İŞİD sionist rejimə neft satır
Noy 30, 2015 11:10 Asia/Baku
-
İŞİD sionist rejimə neft satır
Bir rus media ifşa edib ki, bəzi yaraqlı suriyalı qruplar İŞİD terror qrupunun həmkarlığı ilə İraq və Suriyada çıxarılan xam nefti sionist rejim üçün qaçaq edirlər.
Russiya Əlyəum informasiya kanalı bazar günü bir reportajda əlavə edib: Rusiyanın hava hüucmları İŞİD qrupunun Suriyadan Türkiyəyə gedən neft karvanları daxil olmaqla bu qrupun infrastrukturlarının dağıdılmasında böyük təsirə malik olub.Bu reportajda deyilir: İŞİD qrupu Suriya və İraqın bir neçə neft yatağını ələ keçirərək, gündə 20-40 min barrel neft hasil edir ki, onun satışından əldə olunan gəlir gündə 1-1,5 milyon dollardır.
Bu reportajda əlavə olunur: Adətən 70-100 tankerdən ibarət karvan bu nefti Türkiyənin Şirnak vilayəti ilə qonşu olan İraqın şimalındakı kürd sakinli Zaxo şəhərinə çatdırır və orada kürdlər, türklər və sionistlərdən ibarət qaçaq mafiyası bu yükləri təhvil almaq intizarındadırlar.
Russiya Əlyəum bildirib: İşğal olunmuş Fələstində yaşayan yunan milliyyətli doktor Fərid və ya hacı Fərid adında bir şəxs kürdlərin qaçaq olunan neftini Türkiyəyə köçürüldükdən sonra İŞİD-in nefti ilə qarışdırır.
Sonra hacı Fərid neft mafiyası və İŞİD neftini satın alan üç əsas şirkətin köməyilə bu yükləri Türkiyənin Mersin, Duret Bul və Ceyhan limanları vasitəsilə İşğal olunmuş Fələstinə köçürür ki, regionda qaçaq neftin əsas alıcısıdır.
Rusiya prezidenti Vladimir Putin son zamanlar açıq şəkildə deyibdir ki, Türkiyə hökuməti neft qaçağı sahəsində İŞİD ilə həmkarlıq edir.