Kürd etirazçılar İstanbulda aksiya keçiriblər
Noy 30, 2015 15:49 Asia/Baku
-
Kürd etirazçılar İstanbulda aksiya keçiriblər
Kürd etirazçılar Türkiyənin cənub-şərqindəki bir məntəqədə bir vəkilin terror olunmasına etiraz olaraq, İstanbul şəhərində anti-hökumət aksiyası keçiriblər.
Vəkillər İttifaqının sədri Tahir Elçinin Diyarbəkirdə öldürülməsinə etiraz olaraq, kürd etirazçıların İstanbulda keçirdikləri aksiya Türkiyənin təhlükəsizlik qüvvələri ilə toqquşma ilə nəticələnib.İstanbul polisi su şırnaqları ilə minlərlə aksiyaçıya qarşı hərəkət edib. Polis həmçinin aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Onu da qeyd edək ki, kürdləri himayəsi ilə tanınan Diyarbəkirdə Vəkillər İttifaqının sədri olan Tahir Elçi noyabrın 28-də terror edilib. Polisin himayəsində olan Tahir Elçi bir mətbuat konfransında və polis ilə silahlı şəxslər arasındakı toqquşma zamanı terror edilib.
Son zamanlar həbsdə olan iki türk jurnalist Avropa İttifaqına üzv ölkələrin başçılarına ünvanladığı məktubda onlardan insan haqları məsələsində Türkiyə hökuməti ilə saziş etməmələrini istədi.