Dek 02, 2015 13:12 Asia/Baku
  • Şeyx Nimrin Ali-Səud həbsxanasındakı naməlum vəziyyəti
    Şeyx Nimrin Ali-Səud həbsxanasındakı naməlum vəziyyəti

Ali-Səud rejiminin şiə ruhani Şeyx Nimr Baqir əl-Nimrin ruhiyyəsini zəiflətmək üçün göstərdiyi səy nəticəsiz qalmışdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ərəbistanlı məşhur ruhani Şeyx Nimr Baqir əl-Nimrin qardaşı Şeyx Cəfər əl-Nimr Şeyx Nimrin ailəsinin onunla həbsxanada qısamüddətli görüşünə toxunaraq bildirib: Şeyx Nimr edamının zamanının yaxınlaşması barəsində gündəlik məlumatların olmasına baxmayaraq, yüksək əhval-ruhiyyəyə malikdir və istənilən hər bir hadisəyə hazırdır.
Ərəbistanlı məşhur ruhani Şeyx Nimr Baqir əl-Nimr 2012-ci ildə həbs olunub. 2014-cü il 15 oktyabrda Ərəbistanın Cinayət Məhkəməsi tərəfindən edama məhkum edilib.
Səudiyyə Ərəbistanının Ali Məhkəməsi və vəliəhdi Məhəmməd Bin Naif tezliklə və öncədən xəbərdarlığın edilməməsi ilə Şeyx Nimr Baqir əl-Nimrin edam olunmasına qərar veriblər. Bu məsələ dünya şəxsiyyətlərindən bir çoxunun reaksiyası ilə üzləşib.
Bununla əlaqədar İraq şiələrinin ali təqlid mərcəyi Ayətullah Sistani Ərəbistana ünvanladığı müraciətdə bu mübariz şiə ruhaninin edam qərarının ləğv edilməsini istəyib.

Teqlər