Dek 05, 2015 19:34 Asia/Baku
  • Suriya olayları
    Suriya olayları

Suriya ordusunun ölkənin müxtəlif məntəqələrinin terrorçulardan təmizlənməsi üzrə əməliyyatları davam edir

Suriyanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu Hələb vilayətinin şərq məntəqəsində İŞİD terrorçularının bazasını dağıdaraq, məntəqəyə nəzarəti təmin edib.
Suriya ordusu həmçinin, Latakiya vilayətinin şərqində bir sıra məntəqələri terrorçuların işğalından azad edib. Bu əməliyyat zamanı bir qrup terrorçu məhv edilib.
Bu arada Ənnüsrə Cəbhəsinin lideri, Əbu Cəlibib Ordoni Suriyanın cənubunda, Dəra vilayətinin şərq hissəsində baş vermiş partlayış zamanı ölüb.
Suriya ordusu həmçinin, Ənnüsrə Cəbhəsinin Həma vilayətinin şimalında yerləşən bazalarını bombardman edərək, ciddi zərər və ziyanlar yetirib.
Suriyadan daxil olan başqa bir məlumata görə, İŞİD terrorçuları tərəfindən quraşdırılmış minanın partlaması nəticəsində Həsəkə vilayətinin cənubunda bir sivil vətəndaş həlak olub, daha bir nəfər isə yaralanıb.

Teqlər