Ərdoğan: Türkiyə hərbçiləri Bağdadın istəyi əsasında 2014-cü ildən İraqdadırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200637-Ərdoğan_türkiyə_hərbçiləri_bağdadın_istəyi_əsasında_2014_cü_ildən_İraqdadırlar
Türkiyə prezidenti bu ölkə hərbçilərinin İraqın istəyi əsasında 2014-cü ildən bu ölkənin şimalında yerləşən bir hərbi bazada olduqlarını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2015 10:10 Asia/Baku
  • Ərdoğan: Türkiyə hərbçiləri Bağdadın istəyi əsasında 2014-cü ildən İraqdadırlar
    Ərdoğan: Türkiyə hərbçiləri Bağdadın istəyi əsasında 2014-cü ildən İraqdadırlar

Türkiyə prezidenti bu ölkə hərbçilərinin İraqın istəyi əsasında 2014-cü ildən bu ölkənin şimalında yerləşən bir hərbi bazada olduqlarını bildirib.

Röyters-in məlumatına görə, Rəcəb Təyyib Ərdoğan deyib: İraqın baş naziri Heydər əl-İbadi iraqlı hərbçilərə təlimlərin keçilməsini istəmişdi və Ankara da onun bu istəyinə cavab olaraq 2014-cü ildə Başika məntəqəsində hərbi düşərgə yaradıb.

Ərdoğan İraq baş nazirinin, regionda cərəyan edən hadisələrə görə, indiyə qədər bu barədə danışmadığını qeyd edib.

Şənbə günü İraqın Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfirini çağırtdırıb və Türkiyə hərbçilərinin İraqın şimalından xüsusi ilə də, Mosul şəhərinin yaxınlığında yerləşən Başika məntəqəsindən çıxarılmasını istəyib.