Türkiyə hərbçilərinin İraqa daxil olmasını qınayan layihə qəbul edildi
-
Türkiyə hərbçilərinin İraqa daxil olmasını qınayan layihə qəbul edildi
İraq Parlamenti Türkiyənin İraqa hərbi müdaxiləsini qınayan layihəni təsdiq etdi.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İraq hökumətinin Türkiyəyə öz hərbçilərini bu ölkədən çıxartmaq üçün təyin etdiyi müddətin başa çatmasının ardınca, İraq Parlamenti çərşənbə günkü iclasında Türkiyənin bu ölkəyə hərbi müdaxiləsini qınayan bir layihə qəbul edib.
İraq Parlamenti Türkiyənin Mosuldakı hərbi iştirakı barədə qərarların qəbul edilməsini Bağdadın səlahiyyətləri çərçivəsində məhdudlaşdırıb və bu məsələ qarşısında lazımi tədbirlərin görülməsini istəyib.
İraq silahlı qüvvələrinin ali baş komandanı Heydər əl-İbadi də bildirib ki, Türkiyənin hərbi təcavüzlərini cavablandırmaq üçün malik olduğu bütün səlahiyyətlər və ixtiyarlardan istifadə edəcək. Və əgər diplomatik səylər nəticəsiz qalarsa, İraq Türkiyənin bu hərəkətinə qarşı hərbi seçimdən istifadə edəcək.