Əl-İbadi Türkiyə hərbçilərinin İraqdan çıxmasını yenidən vurğuladı
-
Əl-İbadi Türkiyə hərbçilərinin İraqdan çıxmasını yenidən vurğuladı
İraq baş naziri Türkiyənin bir heyəti ilə görüşdə iki ölkə əlaqələrindəki böhranın yeganə həll yolunu Türkiyə hərbçilərinin İraq ərazisindən çıxması adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Heydər əl-İbadi cümə axşamı gecə Türkiyə xarici işlər nazirinin müavini Firudin Ehsanoğlunun başçılıq etdiyi heyətlə Bağdadda görüşdə deyib: Ankara İraqın hakimiyyətinə hörmətlə yanaşmalı və bu ölkənin ərazi bütövlüyünə hörmət bəsləməlidir.
Əl-İbadi həmçinin deyib: Bağdad-Ankara böhranının həll yolu iki qonşu ölkənin bütün sahələrdə müsbət əməkdaşlığına səy göstərməkdir.
Bu arada iraq baş nazirinin informasiya ofisi cümə axşamı günü Türkiyə prezidentinin əl-İbadinin Türkiyə hərbçilərinin İraqın şimalına daxil olması ilə bağlı razılıq verməsi iddiasını rədd edib və onu ictimai fikri yayındırmaq üçün hərəkət adlandırıb.
Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan cümə axşamı gecə açıq-aşkar deyib ki, Türkiyə qüvvələrinin İraqdan çıxmaları barədə müzakirə etməyəcək.