Bağdadın Türkiyə qüvvələrinin İraq ərazisinə daxil olmasına razılıq verməsi təkzib olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200658-bağdadın_türkiyə_qüvvələrinin_İraq_ərazisinə_daxil_olmasına_razılıq_verməsi_təkzib_olundu
İraq baş nazirinin ofisi Bağdadın Türkiyə qüvvələrinin İraq ərazisinə daxil olmasına razılıq verməsini təkzib edərək Türkiyə hökumətini ictimai fikri təşvişə salmaqda suçlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2015 05:36 Asia/Baku
  • Bağdadın Türkiyə qüvvələrinin İraq ərazisinə daxil olmasına razılıq verməsi təkzib olundu
    Bağdadın Türkiyə qüvvələrinin İraq ərazisinə daxil olmasına razılıq verməsi təkzib olundu

İraq baş nazirinin ofisi Bağdadın Türkiyə qüvvələrinin İraq ərazisinə daxil olmasına razılıq verməsini təkzib edərək Türkiyə hökumətini ictimai fikri təşvişə salmaqda suçlayıb.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İraq baş nazirinin ofisi cümə axşamı günü bildirib: Türkiyənin Bağdadın türk qüvvələrin İraq ərazisinə daxil olması ilə razılaşmasına dair iddiası ağ yalandır.

İraq baş naziri ofisinin bildirişində əlavə olunur: Türkiyənin iddiası ümumi fikri yayındırmaq və təşvişə salmaq istiqamətindədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da cümə axşamı gecə iddia edib ki, bu ölkə qüvvələri İraq baş naziri Heydər əl-İbadinin müraciəti əsasında 2014-cü ildən bu ölkənin şimalındakı bazada yerləşiblər.

Ötən cümə günü Türkiyənin 130 hərbçisi 20-25 tanka və qüvvə daşıyıcısına malik ağır texnikalarla birlikdə İraqın şimalına gedib və orada yerləşib. Bundan sonra Türkiyə rəsmiləri bildiriblər ki, 150-300 qüvvəni İraqın 20 kilometr şimalında Mosul şəhərinin şərqində Bəşiqə kəndinə ezam ediblər.

Bağdad Türkiyənin bu hərəkətini İraqın hakimiyyətinin pozulması adlandırıb və bu barədə BMT Təhlükəsizlik Şurasına şikayət edib.