Ərəbistanda Şeyx Nimr Baqir Əl-Nimri himayə aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200706-Ərəbistanda_Şeyx_nimr_baqir_Əl_nimri_himayə_aksiyası_keçirilib
Ərəbistanda minlərlə nəfər Şeyx Nimr Baqir Əl-Nimrin zindanda olmasının davam etməsinə etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2015 07:24 Asia/Baku
  • Ərəbistanda Şeyx Nimr Baqir Əl-Nimri himayə aksiyası keçirilib
    Ərəbistanda Şeyx Nimr Baqir Əl-Nimri himayə aksiyası keçirilib

Ərəbistanda minlərlə nəfər Şeyx Nimr Baqir Əl-Nimrin zindanda olmasının davam etməsinə etiraz olaraq, aksiya keçirib.

Press TV-nin məlumatına görə, Ərəbistanın Qətif şəhərinin əhalisi cümə günü küçələrə çıxaraq, Şeyx Nimr Baqir Əl-Nimrin zindanda olmasının davam etməsini pisləyərək, onun tezliklə azad edilməsini tələb edib.

Ərəbistanlı etirazçılar Şeyx Nimr Baqir Əl-Nimr ilə öz həmrəyliklərini bildirərək, Ali-Səud tərəfindən siyasi müxaliflərin yatırdılmasını pisləyiblər.

Ərəbistanın təhlükəsizlik qüvvələri çərşənbə günü şiə sakinli Qətif məntəqəsində Usra Əlqəmqam adlı ərəbistanlı bir qadını da siyasi ittahamla həbs edərək, naməlum məkana köçürüblər.