Dek 14, 2015 10:24 Asia/Baku
  • İŞİD-in əsirliyindən azad olunan iyzədilər barəsində son statistika
    İŞİD-in əsirliyindən azad olunan iyzədilər barəsində son statistika

İraqın şimalında Dehuk vilayətinin Vəqflər İdarəsi İŞİD terror qruplaşmasının əsirliyindən 2317 kürd iyzədinin azad olunduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Şəfəq Nyuz xəbər portalına istinadla verdiyi məlumata görə, Dehuk vilayəti Vəqflər İdarəsinin İyzədilərin məsələləri üzrə rəhbəri Hadi Dubani indiyə qədər 2317 iyzədinin terrorçuların əsirliyindən azad olunduğunu bildirib və deyib: Həmçinin 2600-dən çox iyzədi ailəsi Səncar şəhəri vu bu şəhərin ətrafında azad olunan bölgələrə qayıdıb.

Dubaninin sözlərinə görə, Səncar İŞİD tərəfindən işğal olunduqdan sonra 5800-dən çox iyzədi kürd terrorçuların əlinə keçib. İndiyə qədər 2317 nəfər kürd peşmərgə qüvvələrinin hücumlarında azad olunub.

Dehuk Vilayəti Vəqflər İdarəsinin rəsmisi həmçinin Səncarda 18-dən çox kütləvi qəbirin aşkarlandığını bildirib və deyib: İŞİD bu məntəqəyə hücumda iyzədilərə məxsus 18 müqəddəs məkanı məhv edib.

İŞİD terror qruplaşması 2014-cü ilin avqustunda Səncarı işğal edib və bu şəhərdə iyzədi azlığından çoxlu sayda insan terrorçular tərəfindən ya qətlə yetirilib, ya da oğurlanıb.

Həmçinin İŞİD terrorçuları iyzədi qadın və qızları əsir götürərək onlardan qul olaraq istifadə edir və yaxud İraq və Suriyada bəzi bazarlarda satır.

Teqlər