Dek 17, 2015 12:17 Asia/Baku
  • İŞİD əleyhinə beynəlxalq koalisiyanın hücumlarında Suriyanın infrastrukturları dağılıb
    İŞİD əleyhinə beynəlxalq koalisiyanın hücumlarında Suriyanın infrastrukturları dağılıb

Suriya Xarici İşlər Nazirliyi İŞİD əleyhinə beynəlxalq koalisiyanı bu ölkənin infrastrukturlarını dağıtmaqda suçlayıb.

Səhər Beynəlxalq Televiziyasının Suriyanın Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ayrı-ayrılıqda məktublar ünvalayaraq bildirib: ABŞ-ın rəhbərlik etdiyi İŞİD terror qruplaşması əleyhinə beynəlxalq koalisiya Suriyanın neft obyektlərini hədəfə alıb.

Suriya Xarici İşlər Nazirliyinin məktublarında bildirilib: Amerikanın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qırıcı təyyarələri Suriyanın iqtisadi infrastrukturlarına qarşı onlarla hava hücumları ediblər. Halbuki bu hücumlar İŞİD terror qruplaşmasının mövqeləri, onun təchizatları, Suriya neftinin oğurlanması və Türkiyəyə nəql olunmasına qarşı olmalı idi.

Suriya XİN bildirib: 30 oktyabr 15 dekabr aralığında Suriyanın neft, qaz obyektləri və iqtisadi infrastrukturları, həmçinin neft quyuları və yanacaq anbarları hədəfə alınıb.

Teqlər