İraq bir daha Türkiyə hərbçilərinin bu ölkədən çıxmasını istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200947-İraq_bir_daha_türkiyə_hərbçilərinin_bu_ölkədən_çıxmasını_istədi
Bağdad hökuməti bir daha Türkiyə hərbçilərinin İraqın şimalından çıxmasını istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2015 07:04 Asia/Baku
  • İraq bir daha Türkiyə hərbçilərinin bu ölkədən çıxmasını istədi
    İraq bir daha Türkiyə hərbçilərinin bu ölkədən çıxmasını istədi

Bağdad hökuməti bir daha Türkiyə hərbçilərinin İraqın şimalından çıxmasını istədi.

CNN kanalının verdiyi məlumata görə, İraqın daxili işlər naziri Məhəmməd Qəban cümə axşamı deyib: Türkiyənin İraqın şimalında hərbi iştirakını davam etdirməsi İraqın ərazi bütövlüyünün pozulması deməkdir.

İraqın daxili işlər naziri əlavə edib: Türkiyə ordusu və dövlətini öz qoşunlarını İraqın şimalından çıxartmağa qane etmək üzrə danışıqlar və diplomatik səylər davam edir.

Qəban həmçinin deyib: Türkiyə rəsmiləri bildiriblər ki, İraqın şimalındakı hərbi iştirakları sırf təlim xarakteri daşıyır. Lakin, biz tam aydın şəkildə bildirmişik ki, əgər belə bir işə ehtiyac olmuş olsa belə, bu addım Türkiyə dövləti bunun üçün Bağdada rəsmi sorğu göndərməli, və qanun çərçivəsində rəftar etməlidir. Əks halda Türkiyənin İraqda istənilən növ hərbi iştirakı qəbuledilməzdir.

Türkiyə hərbçilərinin iki həftə öncə İraqın şimalına daxil olmasının ardınca iki ölkə əlaqələrindəki gərginlik artıb.