İbadi Ərəbistanın səylərinə reaksiya verdi
-
İbadi Ərəbistanın səylərinə reaksiya verdi
İraqın baş naziri deyib: Ərəbistanın başçılığı altında "İslam Koalisiyası"nda birləşən ölkələr terrorizm ilə mübarizədə İraq dövlətinə heç bir kömək etməyiblər.
İRİB-nin məlumatına görə, Heydər İbadi Ərəbistanın terrorizm ilə mübarizə üzrə son İslam Koalisiyasının yaradılması haqdakı son hərəkətinə reaksiya olaraq deyib: Ər-Riyadın bəyanatı bizi təəccübləndirdi. Çünki, Ərəbistan bu koalisiyanın yaradılmasında bizimlə məsləhətləşməyib.
İbadi Ərəbistanın bu addımını böyük bir səhv adlandırıb və deyib: Bu koalisiya heç bir ahəngdarlıq yaradılmadan və İraq dövləti ilə məsləhətləşmədən yaradılıb.
İraqın baş naziri daha sonra belə bir sual irəli sürür ki, bu neçə bir koalisiyadır ki, İraq istisna edilib və bu koalisiyaya üzv deyil? Və ya bu koalisiya Suriya ilə anlaşmaya getməyəcək?