Türkiyə öz hərbçilərini İraqdan çıxardır
-
Türkiyə öz hərbçilərini İraqdan çıxardır
Türkiyənin Xarici İşlər Nazirliyi bu ölkə hərbçilərinin İraqdan çıxarılmasına başlandığını bildirib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi şənbə günü bir bəyanat yayaraq, ABŞ prezidenti Barak Obamanın Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana Türkiyə hərbçilərinin İraqdan çıxarılması ilə bağlı ünvanladığı istəyin yerinə yetirilməsindən xəbər verib.
Türkiyə XİN-i bu bəyanatda İraq hərbçilərin göndərilməsində rəsmi Bağdad ilə ahəngdarlığın yaradılmadığını etiraf edib.
Bu məlumata görə, Türkiyə öz hərbçilərinin İraqdan çıxarılması prosesini davam etdirəcək.
Ankara-Bağdad münasibətlərindəki gərginlik 2 həftə öncə Türkiyə hərbçilərinin hərbi təchizatlar və ağır silahlar ilə İraq ərazisinə daxil olmasının ardınca daha mürəkkəb forma alıb və bunun ardınca İraq hökuməti ötən cümə günü BMT TŞ-yə məsələ ilə bağlı müraciət etdi.