Bəhreyn xalqının Nigeriya müsəlmanları ilə həmrəyliyi
Dek 21, 2015 17:16 Asia/Baku
-
Bəhreyn xalqının Nigeriya müsəlmanları ilə həmrəyliyi
Bəhreyn xalqı aksiya keçirərək, Nigeriya müsəlmanları ilə həmrəylik elan edib.
Manama Post xəbər portalının məlumatına görə, Bəhreyn xalqı bazar ertəsi günü aksiya keçirərək, Nigeriya müsəlmanlarının bu ölkə ordusu tərəfindən qırğın edilmələrini pisləyib və Nigeriya islami hərəkatının baş katibi Şeyx İbrahim Əlzəkzakinin azad edilməsini istəyibdir.
Bəhreynli aksiyaçılar həmçinin əllərində plakatlar daşıyaraq, dünya ictimaiyyətindən istəyiblər ki, Nigeriya müsəlmanlarını dəstəkləyib və bu ölkə hərbçilərini mühakimə etsinlər.
Nigeriya hərbçiləri ötən həftə Nigeriya islami hərəkatının baş katibi Şeyx İbrahim Əlzəkzakinin mənzilinə hücum edərək, onu həbs edib və bu ölkə müsəlmanlarından yüzlərlə nəfəri öldürüb və yaralayıblar.