Türkiyənin İŞİD tərəfindən oğurlanmış Suriya neftinin satın alınmasında rolu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i201216-türkiyənin_İŞİd_tərəfindən_oğurlanmış_suriya_neftinin_satın_alınmasında_rolu
Terrorçu İŞİD qrupunun bir üzvü Suriya neftinin Türkiyəyə satılmasındakı iştirakını etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2015 06:44 Asia/Baku
  • Türkiyənin İŞİD tərəfindən oğurlanmış Suriya neftinin satın alınmasında rolu
    Türkiyənin İŞİD tərəfindən oğurlanmış Suriya neftinin satın alınmasında rolu

Terrorçu İŞİD qrupunun bir üzvü Suriya neftinin Türkiyəyə satılmasındakı iştirakını etiraf edib.

Türkiyə təbəəsi olan İŞİD-çi terrorçu Mahmud Qazi Tatar Rusiyanın Sputnik xəbər agentliyi ilə müsahibədə Suriya neftinin Türkiyəyə satılmasındakı iştirakını etiraf edib. O, deyib ki, İŞİD maliyyə problemlərinə malik idi və Suriya neftini oğurlayıb, Türkiyəyə satmaqla bu problemləri həll etdi.

Mahmud Qazi Tatar vuğulayıb ki, Suriyada İŞİD-in tabeliyində olan türkiyəlilərin sayı min nəfərdən çoxdur. O, bildirib ki, İŞİD hər gün Suriya neftini Türkiyəyə köçürür və neft qaçağından iri məbləğdə mənfəətlər əldə edir.

Bundan öncə Norveç mediaları də yazmışdılar ki, Norveç Xarici İşlər Nazirlyiinn sifarişi ilə hazırlanmış "Ristad Enerji" müşavirə şirkətinin hesabatı Türkiyənin terrorçu İŞİD qrupundan oğurlanmış Suriya neftini satın almasından xəbər verir.

Rusiya Müdafiə Nazirliyinin bildirişinə görə, minimum 8500 yük maşını İŞİD-in oğurladığı neftin qaçaq edilməsində məsuliyyət daşıyır və hər gün 200 min barrelə qədər neft ötürür.