ABŞ-ın raketləri İŞİD-in ixtiyarında
-
ABŞ-ın raketləri İŞİD-in ixtiyarında
Rusiya bildirib ki, ABŞ-ın Suriyada "mülayim" müxaliflər adlandırdığı qruplara verəcəyini vəd etdyi tank əleyhinə raketlər hazırda işidin ixtiyarına verilib.
İRNA-nın məlumatına görə, Sputnik informasiya agentliyi bildirir ki, İŞİD-ə yaxın internet saytlarında yerləşdirilən fotoşəkillərdən aydın olur ki, bu terrorçu qruplaşmanın üzvləri ABŞ istehsalı olan tank əleyhinə "TOW" raketlərindən istifadə edirlər.
İŞİD bu raketlərdən Suriyanın Hələb əyaləti və Kveyris hava bazasının şimalında istifadə edir. Bu baza bir müddət öncə Suriya ordusu tərəfindən azad edilib.
Bu məlumata görə, ABŞ istehsalı olan bu raketlərin İŞİD terrorçularının əlinə necə keçdiyi məlum deyil. Amma, bundan öncə yayılan məlumatlara görə, ABŞ bu raketləri Suriyada "mülayim" adlandırdığı silahlı qruplaşmaların ixtiyarına verəcəyini bildirmişdi.