Suriya ordusu ölkənin strateji bölgələrinə nəzarəti bərpa edib
-
Suriya ordusu ölkənin strateji bölgələrinə nəzarəti bərpa edib
Suriya ordusu bir neçə strateji bölgəni terrorçu qruplaşmaların işğalından azad edib.
Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Suriya ordusu çərşənbə günü Məhin şəhərciyi və onun ətrafındakı yüksəklikləri, habelə Dəra vilayətində Şeyx Miskində Əl-Nüsrə Cəbhəsi terrorçularının yardım yollarına nəzarəti ələ keçiriblər.
Suriya ordusu həmçinin Dəranın Şeyx Miskin bölgəsinin şimal-şərqini tam ələ keçiriblər.
Şeyx Misin şəhərinin terrorçulardan təmizlənməsi Suriyanın önəmli və strateji şəhərləri arasında Dəra-Dəməşq qədim şose yoluna ordu qüvvələrinin nəzarət etməsi demək olacaqdır. Çünki bu yol terrorçular üçün çox önəmlidir.
Terrorçuların Dəranın Təl əl-Həş bölgəsindəki bazası da suriyalı qüvvələrin tam nəzarətinə keçib.
Suriya ordusunun Homsun ətrafında irəliləməsi və Məhin və əl-Qəsb məntəqələrində İŞİD terrorçuları ilə toqquşması nəticəsində çoxlu sayda terroçu öldürülüb və bir qrup terrorçu da bölgədən qaçıb.
Suriya qüvvələri həmçinin Laziqiyyənin şimal ətrafında yerləşən əl-Qəsb məntəqəsi və eyniadlı qülləyə nəzarəti ələ keçiriblər.